Modern.az

ADP: "Sergey Lavrov Riyakardır"

ADP: "Sergey Lavrov Riyakardır"

10 Aprel 2012, 12:14

Modern.az xəbər verir ki, bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkəmizdə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İlk növbədə İP-nın 8 aprel mitinqinin nəticələrinə diqqət çəkən toplantı iştirakçıları bu mitinqin əlverişsiz yerdə və şəraitdə keçirilməsinə baxmayaraq yüksək əhval-ruhiyyə ilə baş tutmasını alqışlayıb və mitinqlərin demokratik cəmiyyətin əsas mübarizə forması kimi xüsusi əhəmiyyət kəsb etməsini qeyd edib. İH üzvləri mitinqlərə şəhərin diqqəti çəkən və daha çox əhalinin izləyə biləcəyi yerlərdə deyil, ondan kənar məsafələrdə və gediş-gəlişin çətinlik törətdiyi yerlərdə icazə verilməsini hakimiyyətin sərbəst toplaşma azadlığına qoyduğu  növbəti məhdudiyyət kimi dəyərləndirib və rəsmi hakimiyyəti vətəndaşların konstitusiya ilə onlara şamil edilən sərbəst toplaşma azadlığı qarşısındakı hər cür qadağa və məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

İdarə Heyəti üzvləri Rusiya xarici işlər naziri S.Lavrovun Azərbaycana səfəri zamanı onun BMT-nin məlum dörd qətnaməsinin guya yerinə yetirilməsi barədə səsləndirdiyi bəyanatı siyasi riyakarlıq adlandırıb və bu cür bəyanatların  Rusiyanın Azərbaycan ərazilərinin işğalında iştirakını bir daha təsdiq etdiyini diqqətə çatdırıb. Eyni zamanda bu səfər zamanı Rusiyanın Xəzərin statusu ilə bağlı sərgilənən mövqeyi və transxəzər layihələri ilə əlaqədar Azərbaycana və digər Xəzəryanı dövlətlərə təzyiq cəhdləri ədalətsiz və beynəlxalq hüquqa uyğun olmayan mövqe kimi dəyərləndirilib.

AB-yi və “Şərq əməkdaşlığı proqramı”na daxil olan dövlətlərin Parlament Assambleyasının  Bakıda keçirilən növbəti sessiyasının nəticələrinə münasibət bildirən İdarə Heyəti üzvləri bu tədbirin Avropaya inteqrasiya baxımından ölkə üçün əhəmiyyətini qeyd edib və eyni zamanda hakimiyyətin belə geniş və dünya ictimaiyyətinin diqqətini cəlb edən tədbirlərdən gərəyincə yararlana bilməməsindən, istər Qarabağ, istərsə də digər milli problemlərin qaldırılmsı və beynəlxalq təşkilatların diqqətinə çatdırılmasında fəal iştirak etməməsindən təəssüfünü bildirib.

İdarə heyəti üzvləri Gəncədə baş verən son hadisələrə münasibət bildirib və bu və buna oxşar terror vəı ya terrora cəhd hadisələrinin təkrarlanmasının arxasında hakimiyyətin antidemokratik və ağır sosial şəraitin yaranmasına gətirib çıxaran  siyasətinin durduğunu diqqətə çatdırıb və bu baxımdan bu cür radikal qüvvələrin qarşısının alınması üçün vətəndaş cəmiyyətinin inkişafı və demokratiyanın gəlişməsi istiqamətində zəruri addımlar atılmasının vacibliyini diqqətə çatdlırıb.

İdarə Heyəti üzvləri Kür daşqınları ilə bağlı təbii fəlakətin və vətəndaşlara dəyən ziyanların aradan qaldırılması məqsədi ilə dövlət büdcəsindən ayrılan küllü miqdarda vəsaitin mənimsənilməsi və korrupsiya faktlarının mövcud olması ilə bağlı məslələrə münasibət bildirb və hakimiyyəti bu sahədə şəffaflığı təmin etməyə,  ayrılan vəsaitlərin dağıdılmasında iştirak edən məmurları qanunla cəzalandırmağa və kompensasiyaların vətəndaşlara çatdırılmasında ictimai nəzarəti təmin etməyə çağırıb.

Siyasi partiyalar haqqında qanuna əlavə və dəyişikliklər layihəsinin Parlamentdə müzakirəsinə toxunan İdarə Heyəti bu dəyişikliklərin olduğu kimi qəbul olunacağı təqdirdə ölkədə real siyasi partiyaların inkişafına deyil yalançı partiyalaşmanın dövlət vəsaitləri hesabına inkişafına səbəb olacağını bildirib və qanuna əlavələrin bu cür qəbul edilməsini ölkənin demokratik inkişafdan tamamilə imtina etməsi kimi dəyərləndirib.

İH son vaxtlar ölkədə ali təhsil haqqında minlərlə saxta diplomluların mövcudluğu ilə əlaqədar yayılan məlumatların ciddi təşviş doğurduğunu qeyd edib, yaranmış vəziyyəti korrupsiya və rüşvətxorluq sisteminin bilavasitə nəticəsi kimi qiymətləndirib  və ölkədə təhsilin bu cür acınacaqlı durumuna görə iqtidarın məsuliyyət daşıdığını bir daha diqqətə çatdırıb.  

İclasda həmçinin partiyadaxili bir sıra məsdələlər də müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu