Modern.az

Sabirabadda etiraz aksiyası - polis kordonu yarılıb

Sabirabadda etiraz aksiyası - polis kordonu yarılıb

10 Aprel 2012, 13:26


Aprelin 10-da Sabirabadın Minbaşı və Dadaşvəyli kəndinin yüzlərlə sakini rayon icra hakimiyyətinin binası qarşısına yürüş edirlər. Polis onların qarşısını kəssə də, camaat polis kordonunu yarıb. 

Modern.az "Azadlıq" radisouna istinadən bildiri ki, polislə sakinlər arasında qarşıdurma olub.

Minbaşı kəndinin sakinləri 2010-cu ildə baş verən daşqınlardan sonra onlara kompensasiyaların verilməməsinə etiraz edirlər. Camaat deyir ki, yerli icra strukturları onlara çatacaq kompensasiyaları mənimsəyib.  Əllərində prezident İlham Əliyevin şəkilləri olan sakinlər Sabirabad rayon İcra Hakimiyyətinin qarşısına doğru yürüş ediblər. 

Minbaşı kəndinin yüzlərlə sakini Sabirabad rayon yol polisi postunun da yerləşdiyi dördyol adlanan əraziyə doğru yürüş ediblər. Aksiyaçılar bu ərazini bağlayacaqlarını bildiriblər.

Şirvan və Sabirabad rayon polis şöbəsinin əməkdaşları, Daxili Qoşunların bir neçə hərbçisi də hazırda ərazidədir. 

Sabirabad rayon icra hakimiyyəti başçısının müavini Həsən Həsənov əraziyə gəlib. O sakinlərə söz verib ki, problemləri həll olunacaq. Deyib ki, hazırda Minbaşı kəndinin klubunda icra başçısı kənddə olan sakinlərlə görüş keçirir, evlərə isə baxış keçiriləcək.

Aksiyaçılar isə deyir ki, verilən vədlərə inanmırlar. Onlar rayon icra hakimiyyətinə doğru yürüş edəcəklərini bildiriblər. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu