Modern.az

Prezident Heydər Əliyev Mərkəzinə gedib

Prezident Heydər Əliyev Mərkəzinə gedib

10 Aprel 2012, 15:23

 

Prezident İlham Əliyev aprelin 10-da paytaxtın Nərimanov rayonunda Heydər Əliyev Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olub. Mərkəzdə həyata keçirilən işlərin hazırkı vəziyyəti barədə dövlət başçısına məlumat verilib. Tikinti işlərinin ən müasir standartlara uyğun şəkildə həyata keçirildiyi bildirilib.
Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində görülən işlərlə yaxından maraqlanıb. Azərbaycan Prezidenti inşaat işlərinin aparıldığı ayrı-ayrı sahələri gəzib, görülən işlərlə yerindəcə tanış olub. İnşaatda istifadə olunan tikinti materialları barədə Prezident İlham Əliyevə məlumat verilib. Dövlət başçısı inşaat materiallarının keyfiyyəti ilə maraqlanıb.
Qeyd edək ki, mərkəzin ərazisində yol-nəqliyyat və digər infrastruktur ən müasir standartlara uyğun şəkildə qurulacaq, ərazidə yaşıllıq zolaqları salınacaq. Buraya gələn qonaqların rahat gediş-gəlişini təmin etmək üçün müasir eskalatorlar quraşdırılıb.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev ətraf ərazilərin abadlaşdırılması ilə bağlı da müvafiq tapşırıqlarını verib.
 
Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu