Modern.az

Vergi cinayətlərinin statistikası açıqlandı

Vergi cinayətlərinin statistikası açıqlandı

10 Aprel 2012, 16:27

2012-ci ilin birinci rübü ərzində vergi cinayətlərinə qarşı mübarizə sahəsində Vergilər Nazirliyi tərəfindən vergidən yayınma, qanunsuz sahibkarlıq və digər faktlarla bağlı materiallar üzrə 114 cinayət işi başlanıb və onların 84-nün ibtidai istintaqı tamamlanıb. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, vergiləri ödəməkdən yayınmaya görə 112 iş, qanunsuz sahibkarlığa görə isə 2 iş üzrə, cəmi 13 nəfər barəsində 12 cinayət işi baxılmaq üçün aidiyyəti məhkəmələrə göndərilib. İcraatına xitam verilmiş 72 cinayət işindən 60-ı üzrə bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər tərəfindən vergidən yayındırılmış 1 milyon 744 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 8 şəxs tutularaq Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai araşdırılması Departamentinin İstintaq şöbəsinə təhvil verilib. İbtidai istintaqdan yayınan 53 nəfər  şəxsin məcburi qaydada gətirilməsi, 58 şəxsin tapılıb istintaqa cəlb edilməsi, 101 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib. Vergi yoxlamalarından yayınan 165 nəfər vergi ödəyicisi tapılıb aidiyyəti vergi orqanlarına təqdim olunub.

Vergi hüquqpozmalarına yol vermiş şəxslərə qarşı qanunda nəzərdə tutulmuş mübarizə tədbirləri davam etdirilir.

 

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu