Modern.az

Gəncədə asbest şiferli dam örtüyü olan evlər siyahıya alınır

Gəncədə asbest şiferli dam örtüyü olan evlər siyahıya alınır

10 Aprel 2012, 18:11

Gəncədə asbest şiferli dam örtüyü olan yaşayış evlərinin siyahıya alınması işi başlanıb. Bu barədə məlumatı Modern.az-a Gəncə şəhər Mənzil Kommunal İstehsalat Birliyinin rəisi Elgün Məmmədov verib.  Onun sözlərinə görə, Mənzil İstismar sahələrinin rəislərinə ərazilərində olan asbest örtüklü damları müəyyənləşdirmək üçün göstəriş verilib. Məlumata görə, bir həftə ərzində Gəncədə olan asbest şiferli dam örtüklərinin ümumi sahəsi məlum olacaq.

Şəhərdə təxminən 2 milyon kvadratmetr sahəyə malik asbest dam örtüyünün qeydə alınacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Nazirlər Kabineti bir müddət əvvəl damı asbest şiferlə örtülmüş fərdi yaşayış evlərinin, sosial obyektlərin dəqiq sayının müəyyən edilməsi üçün siyahıyaalma işlərinin görülməsi üçün yerli İcra hakimiyyəti orqanlarına xidməti məktub göndərib. Dam örtüklərinin yenilənməsi forması, eləcə də maliyyə məsələləri icra hakimiyyətilə ev sahibləri arasında hansı qaydada olacaq, bu hələ məlum deyil.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu