Təhsil Nazirliyi aprelin 8-də ölkənin bir sıra bölgələrində XI siniflər üzrə keçirilən sınaq (yoxlama) imtahanlarının nəticələrini açıqlayıb. Təhsil Nazirliyindən Monitorinq və Qiymətləndirmə şöbəsindən Modern.az saytına bildirilib ki, budəfəki imtahanlar Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Xızı, Siyəzən və Şabran rayonlarında keçirilib.
İmtahanların nəticələrini Təhsil Nazirliyinin saytından - //exam.edu.gov.az/ öyrənmək olar.
XI siniflərdə sınaq imtahanı Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçirilib.
Qeyd edək ki, yoxlama sınaq imtahanı zamanı şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.
Modern.az