Modern.az

“Vurulan” icra başçısı – ona niyə vəzifə verilmədi?

“Vurulan” icra başçısı – ona niyə vəzifə verilmədi?

10 Aprel 2012, 20:13

Aprelin 10-da Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə dörd rayonun İcra hakimiyyətinin başçısı dəyişdirildi. Beyləqan, Yardımlı və  Xızının icra başçılarının iş yerləri dəyişdirilsə də, Kürdəmir rayonu İcra Hakimiyyətinin başçısı Fəxrəddin Süleyman oğlu Məlikova yeni vəzifə verilmədi.

Modern.az-ın məlumatına görə, bu məsələdə son vaxtlar Kürdəmir rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən F.Məlikovdan “yuxarıya” ünvanlanan şikayətlərin də rolu az olmayıb. Yeri gəlmişkən, mətbuatda da mütəmadi olaraq Kürdəmir sakinlərinin icra başçısının fəaliyyətindən narazılıqları, şikayətləri dərc olunurdu.

Qeyd edək ki, Fəxrəddin  Məlikov Azəriqaz”ın sabiq sədri Əlixan Məlikov qardaşıdır. Ə.Məlikov 2000-ci ilin fevral ayında “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin sədri postuna təyin edilmişdi. 2009-cu ilin iyulunda isə ölkə başçisinin fərmanı ilə ARDNŞ-nin tərkibinə keçirilən "Azəriqaz" QSC-nin rəhbəri Əlixan Məlikov işdən kənarlaşdırıldı.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu