“Fan -Klub”: Leyla Əliyevanın dəstəyi bizim üçün mühüm oldu..”
"Avroviziya” müsabiqəsinin Azərbaycandakı rəsmi Fan -klubu Azərbaycanın beynəlxalq səviyyədə təbliğatı və müsabiqəyə dəstək istiqamətində fəaliyyəti davam etdirir. Bildiyimiz kimi, Fan Klub artıq bir neçə aksiyalara start verib. Bəs müsabiqəyə qədər Fan -Klub hansı işləri görəcək? Bizləri hansı askiya və flasmoblar gözləyir? Bütün bunlarla bağlı. Modern az saytına Fan -Klubun üzvü Səməd Salamzadə məlumat verib. S. Salamzadənin verdiyi məlumata görə, artıq sosial yönümlü kütləvi aksiyalara start verən Fan Klub, son ay ərzində 50-dən çox tədbir və aksiyalar keçirib.
Səməd Salamzadə qeyd etdi ki, Azərbaycanda rəsmi Fan Klub ilk dəfə 2008-ci ildə Beynəlxalq Fan Klublar şəbəkəsinə qoşulub, bundan sonra hər dəfə müsabiqə digər ölkələrdə keçirilən zaman Fan Klubun ümumi fəaliyyətinin əsasa məqsədi o olub ki, bu müsabiqə Azərbaycanda keçirilsin. “Biz mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsinə nail olmuşuq”.
S. Salamzadənin sözlərinə görə, əvvəllər Fan Klubun üzvlərinin sayı çox az idi “Bir neçə üzvümüzün sosial şəbəkədə video müraciətindən sonra biz bu işə başladıq, məşhur insanların, tanınmış şəxslərin dəstəyini aldıq. Son bir ay ərzində Fan Klubu Murad Dadaşov, Səbinə Babayeva, Eldar Mansurov, Fəxrəddin Manafov, Coşqun Rəhimov, Rafael Ağayev, Çingiz Mustafayev (DJ Çina), Murad Sadıx, Ədalət Şükürov, Hüsniyə Məhərrəmova, Fərhad Bədəlbəyli və Cəmil Əmirov kimi şəxslər dəstəklədilər. Xüsusilə qeyd etmək istəyirəm ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Fan Klubumuzu dəstəkləməsi və bizim təşəbbüslərimizi qiymətləndirməsi və Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyeva KİV-lərə verdiyi müsahibəsində Eurovision rəsmi Fan Klubunun fəaliyyətini qiymətləndirməsini də xüsusi qeyd etmək lazımdır”.
Fan Klubun üzvü bildirib ki, artıq Fan Klub, təkcə sosial şəbəkələrdə deyil, yerli və xarici mətbuatda, TV kanallarda böyük maraq yaradır və onun fəaliyyəti haqda məlumat bütün izləyicilərə və oxuculara çatdırılır. Fan Klub gələcək 2 ay ərzində insanlar arasında “Avroviziya”ya marağı artırmaq məqsədilə bir sıra orijinal aksiyalar, flashmoblar, konsertlər, sosial şəbəkələrdə viktorinalar, sorğular və bu istiqamətdə təbliğat xarakterli tədbirlər həyata keçirəcək. “Hər birimiz üçün xoşdur ki, bu gün məhz bizi – Fan Klubu , dəstəkləyən insanların sayı günü-gündən artır. Xalqımızın bizə dəstəyi və inamı bu gün bizim Facebook sosial şəbəkəsində 25.000, Youtube – 52.000, Twitter- 700 nəfərdən çox olması bunun nəticəsidir. Biz, bizi dəstəkləyən və bizə uğur qazandıran insanlara, təşkilatlara və kütləvi informasiya vasitələrinə təşəkkür edirik və bizimlə birgə bu yolda addımlayan hər kəsə müvəffəqiyyət arzu edirik” deyə S. Salamzadə vurğulayıb.
Səməd Salamzadənin sözlərinə görə, Fan Klub artıq regionlar da özü üçün prioritet istiqamətlərdən biri seçib və regionlarda xüsusi tədbirlər keçirmək istəyir. Bundan başqa Bakı şəhərinin rayonlarında da aksiyalar keçirmək nəzərdə tutulur.
“Biz Dövlət Yol Polisi ilə aksiyiya start vermək istəyirik. Bundan başqa, Fan-klub aprel ayının 3-dən etibarən hər 2-ci gün aksiyiya – maşınsız bir gün aksiyasına start verib. İlkin olaraq, tanınmış müğənni Ədalət Şükürov bu aksiyaya qoşuldu” -deyə, S. Salamzadə məlumat verib. Onun sözlərinə görə, Fan Klub keçirdikləri aksiyanın monitorinqini aparır və müşahidə nəticəsində məlum olub ki, həqiqətən də artıq bir neçə adam maşından az istifadə edir.
Səməd Salamzadə qeyd edib ki, Fan Klub daha böyük bir müsabiqəyə başlamağı planlaşdırır. “Bizi Kütləvi İnformasiya Vasitələrinin köməyilə daha böyük tədbirlərə start vermək istəyirik. Bunlarla bərabər FlashMoblarımız və daha böyük tədbirlər bizi gözləyir” deyə qeyd edib.
Youtube: //www.youtube.com/watch?v=Zo8uFPGtGH8&feature=youtu.be
Facebook: //www.facebook.com/eurovisionbakuwesupport?ref=ts
Sevinc İLTİİFATQIZI.