Modern.az

Psixi xəstələr barədə informasiyalar xüsusi icazə ilə açıqlanacaq

Psixi xəstələr barədə informasiyalar xüsusi icazə ilə açıqlanacaq

11 Aprel 2012, 16:43

Deputatlar "əhalinin sağlamlığının qorunması haqqında" qanun müzakirə edib

Modern.az-ın məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin  bu gün keçirilən iclasında "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna layihəsi müzakirə olunub.

Müzakirələr zamanı komitə sədri Hadi Rəcəbli bu qanun layihəsinin ölkə prezidenti tərəfindən daxil olduğunu bildirib. H.Rəcəbli qeyd edib ki, qanunun 25-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, psixiatriya yardımı alan və ya əvvəllər psixiatriya yardımı almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar şəxsin özünün və yaxud onun qanuni nümayəndəsinin yazılı müraciətindən sonra 2 gün ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunmalıdır.

Deputat hesab edir ki, obyektiv məlumatları əldə etmək yalnız onun sağlamlığınna zərərin vurulmasının qarşısının alınması və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə məhdudlaşdırıla bilər. Zərər törədə biləcək məlumatların psixi pozuntusu olan xəstələrə verilməsi qadağandır.

Məsələnin müzakirəsi zamanı deputat Elmira Axundova hər hansı ruhi xəstənin səhhəti ilə bağlı məlumat verilməməsi barədə olan bəndə etirz edib. “Bu düzgün hal deyil”-deyə deputat vurğulayıb.

Deputat Musa Quliyev  xəstəliyin gizlədilməsinin düzgün olmadığını bildirərək bunu əleyhinə olduğunu dilə gətirib. “Yaxın keçmişdə bu xəstəliklər barədə, həmçinin xərçəng xəstəliyi barədə xəstənin yaxınlarına məlumat verilmirdi. Indi isə xərçəng xəstəliyi haqda məlumat verilir. Mən tərəfdarı deyiləm ki, bu xəstəlik gizlədilsin. Bütün hallarda xəstənin ailə üzviləri məlumatlandırılmalıdır”

Deputat Sevinc Hüseynova çıxış edərək bildirib ki, belə bir dəyişiklik etməklə parlament bir tərəfdən kiminsə hüququnu müdafiə edir, digər tərəfdən də kiminsə hüququnu pozur. Deputat Musa Quliyev də məsələnin əhəmiyyətindən danışıb.

Daha sonra Hadi Rəcəbli bildirib ki, komitənin özündə iki təklif var. Bunlardan biri ərzaqın qida tərkibinin zənginləşməsi ilə bağlıdır. O qeyd edib ki, dünyada insanların boy artımının təmin olunması üçün bunlar dünyanın bir çox ölkəsində istifadə olunur. “Ötən il 0 3 yaş arasında olan uşaqlar arasında anadan gəlmə əlilliyin gösətəricisi 37 faiz artıbdır. Biz b u baxımdan qida məhsullarının tərkibinin zənginləşməsini mütləq həyata keçirməliyik”

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu