Modern.az

TQDK sınaq imtahanlarının nəticələrini açıqlayıb

TQDK sınaq imtahanlarının nəticələrini açıqlayıb

11 Aprel 2012, 16:52

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 8 aprel tarixində keçirilən sınaq imtahanlarının nəticələri açıqlanıb. Nəticələr qurumun internet saytında yerləşdirilib.
(burada - //www.tqdk.gov.az/sinaq2012netice/).

Abituriyentlər həmçinin imtahan nəticələri barədə məlumatı mobil telefonla “İmtahancell” (Azercell nömrələrindən), “Cavab” (Bakcell nömrələrindən) və “Imtahan-info” (NAR Mobile) xidmətləri vasitəsilə də öyrənə bilərlər.

Qeyd edək ki, sınaq imtahanları  aprelin 8-də Bakı, Naxçıvan,  Gəncə, Tovuz, Qazax,  Şəki, Zaqatala, Yevlax, Mingəçevir, Lənkəran, Ağcabədi, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan və Salyan şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli,  Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında  keçirilib.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU