Modern.az

Beynəlxalq titullu abituriyentlərin sənəd qəbulunun vaxtı açıqlandı

Beynəlxalq titullu abituriyentlərin sənəd qəbulunun vaxtı açıqlandı

11 Aprel 2012, 17:43

TQDK dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin nəzərinə çatdırır ki, bu kateqoriyadan olan abituriyentlər lazımı sənədləri 16 aprel – 18 may 2012-ci il tarixlərində komissiyanın regional bölməsinə (Naxçıvan, Gəncə, Quba, Lənkəran, Şəki) təqdim etməlidirlər.  Bu barədə Modern.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

TQDK-dan bildirilib ki, ümumi qaydada müvafiq SQK-da təsdiq olunmuş “Abituriyent ərizəsi” formasının surətini, müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surətini - diplom və fərdi proqram üzrə iştirakçı ölkələrin sayı göstərilən protokol təqdim olunmalıdır (protokolun əks olunduğu rəsmi internet saytı göstərilməklə).

Qeyd edək ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu