Modern.az

Müdafiə Nazirliyi: “Cəbhə xəttində gərgin vəziyyət yaranıb”

Müdafiə Nazirliyi: “Cəbhə xəttində gərgin vəziyyət yaranıb”

Təhsil

12 Aprel 2012, 10:49

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 11-də saat 11.00-dan 11.05-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən üzbəüz mövqelərimizi, saat 15.25-dən 15.32-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimizi, saat 20.20-dən 20.25-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 20.40-dan 21.15-dək Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki Saraqtiqaş dağında yerləşən mövqelərdən Qazax rayonunun adsız yüksəkliklərində yerləşən mövqelərimizi, saat 21.10-dan 21.15-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, aprelin 12-də saat 02.10-dan 02.20-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu