Modern.az

Müğənni ilə müsahibəmiz anlaşılmazlıq yaradıb

Müğənni ilə müsahibəmiz anlaşılmazlıq yaradıb

Təhsil

12 Aprel 2012, 13:09

ANS-in “Toylar kraliçası” yarışmasının qalibi, müğənni Samirə Yusifqızının Modern.az saytında dünən yerləşdirilən müsahibəsi bəzi dairələrdə anlaşılmazlığa səbəb olub. Saytımızın “Mübahisə” rubrikası üçün götürülən müsahibənin maraqlı alınması üçün əməkdaşımız xanım müğənniyə bir qədər provakasiya xarakterli suallar ünvanlayıb. Əməkdaşımızın müğənninin cavablarını fərqli prizmadan təqdim etməsi gözləmədiyimiz mübahisəyə səbəb olub.  
Modern.az olaraq bildiririk ki, həmin müsahibədə məqsəd heç də Samirə Yusifqızı ilə ANS telekanalı arasında gərginlik yaratmaq olmayıb. Əksinə, biz Azərbaycanda fəaliyyət göstərən bütün aparıcı media quruluşları ilə münasibətlərin daim normal müstəvidə inkişafına tərəfdarıq. Eyni zamanda, müsahibəyə görə xanım müğənniyə hansısa problem yaranmasını arzulamırıq...

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu