Modern.az

Virus genişlənsə, məktəblər, bağçalar və universitetlər bağlana bilər - Cəlal İsayev

Virus genişlənsə, məktəblər, bağçalar və universitetlər bağlana bilər - Cəlal İsayev

Təhsil

28 Fevral 2020, 18:00

Məktəblərin Novruz bayramı tətilinə daha tez buraxılması müzakirə olunmur.

 

Modern.az-ın məlumatına görə bunu respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

 

C.İsayev qeyd edib ki, xəstəlik geniş yayılmadığından buna ehtiyac yoxdur:

 

"Biz çalışırıq ki, xəstəliyi lokallaşdıraq. Əgər xəstəlik genişlənərsə, ehtiyac yarandığı halda orta məktəblər də, bağçalar da, universitetlər də bağlana bilər. Hələlik buna ehtiyac yoxdur".

 

Onun sözlərinə görə, hazırda orta məktəblərdə, bağçalarda dezinfeksiya işləri aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?