Modern.az

Səlim Müslümova 14 min 778 müraciət...

Səlim Müslümova 14 min 778 müraciət...

16 Aprel 2012, 12:00
Bu ilin birinci rübü ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun "190" nömrəli telefon məlumat xidmətinə əhali tərəfindən ümumilikdə 14 778 müraciət daxil olub. Telefon məlumat xidmətinə daxil olan və bilavasitə operatorlara yönləndirilən sorğuların 53,5 faizi canlı rejimdə birbaşa olaraq məsləhətçi operatorlar tərəfindən cavablandırılıb. DSMF-dan Modern.az-a verilən məlumata görə, müraciətlərin 46,5 faizi isə qeyri-iş günlərinə və saatlarına təsadüf edib ki, bu zaman suallara avtomatik olaraq elektron operator tərəfindən standart formada cavablar verilib.
 
Cari ilin 3 ayında “190" nömrəli telefon məlumat xidmətinə daxil olan və maarifləndirici xarakter daşıyan müraciətlərin 58,2 faizi bilavasitə pensiya məsələlərinə aid olub.  Müraciətlərin 17,2 faizini məcburi dövlət sosial sığortasına dair sorğular əhatə edib. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 24,6%i isə fərdi uçotun təşkili və digər məsələlərlə bağlı olub.
 
Qeyd edək ki, telefon məlumat xidməti canlı və avtomatik rejimdə olmaqla fasiləsiz fəaliyyət göstərir.
 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu