Modern.az

Daha bir universitet distant tədrisə başladı

Daha bir universitet distant tədrisə başladı

Təhsil

11 Mart 2020, 14:21

İqtisad Universitetində (UNEC) sabahdan etibarən dərslər distant formada tədris ediləcək.

 

Modern.az xəbər verir ki, universitet Koronavirusla bağlı dərslərin müvəqqəti dayandırmasını nəzərə alaraq təhsilin davamlılığını təmin etmək üçün bu addımı atır. Tətbiq edilən distant təhsil əyani təhsilin alternativi kimi düşünülüb. Distant təhsilə qoşulmaq üçün mobil telefon interneti yetərlidir. Bu formada təşkil edilən dərslər müvafiq proqramla nəzərdə tutulmuş dərsləri əvəz edəcək. Sistemə qoşulan tələbə avtomatik olaraq elektron jurnalda "iştirak edir" kimi qeydiyyata alına biləcək. Həmçinin hər bir tələbə müəllimə distant dərs zamanı sual vermək imkanına da malikdir.

 

Müəllimin distant formada oxuduğu mühazirəsi avtomatik olaraq yazılacaq və hər bir tələbə həmin mühazirəni dərsdən sonra da dinləyə və görə biləcək. Dərs cədvəli və bununla bağlı ətraflı məlumat  gün  ərzində bütün tələbələrin şəxsi kabinetinə göndəriləcək.

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama