Modern.az

Araz Əlizadə: “Yüz faiz əminəm ki, Mütəllibov vətənə qayıdacaq”

Araz Əlizadə: “Yüz faiz əminəm ki, Mütəllibov vətənə qayıdacaq”

16 Aprel 2012, 17:02

“Yüz faiz əminəm Ayaz Mütəllibov tezliklə vətənə qayıdacaq”.

Bu fikiləri Modern.az-a Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə eks-prezident Ayaz Mütəllibovun vətənə qayıtması ilə bağlı məsələni şərh edərkən deyib.
A.Əlizadə əminliklə vurğulayıb ki, bir neçə ay bundan öncə Milli Məclisdə müzakirəyə çıxarılan eks-prezidentlərun statusu haqqında qanun layihəsi mayda yeninən gündəliyə çıxarılaraq, qəbul ediləcək.

“İnşallah eks-prezidentlərlə bağlı qanun layihəsi parlamentdə qəbul ediləcək. Mən buna əminəm. Həmçinin Ayaz Mütəllibovun Azərbaycana qayıdacağına da min faiz əminəm. O, vətənə qayıdacaq”-deyə A.Əlizadə vurğulayıb.

Qeyd edək ki, 20 ildir Moskvada mühacirət həyatı yaşayan sabiq prezident Ayaz Mütəllibovun Azərbaycana birdəfəlik qayıtması məhz “Eks-prezidentlər haqqında” qanun qəbul olunarsa,  reallaşa biləcək. Hələlik isə sözügedən qanun layihəsinin may ayında Milli Məclisdə yenidən gündəmə gətiriləcəyi gözlənilir.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu