Təhsil naziri Misir Mərdanov “Eurovison 2012” müsabiqəsinə görə Bakıda orta məktəblərin vaxtından tez bağlanması haqda gəzən söz-səhbətlərə aydınlıq gətirib.
Modern.az-ın məlumatına görə, nazir bu barədə jurnalistlərə açıqlamasında bildirib ki, müsabiqə ərzində Bakıdakı orta məktəblərdə dərslərin dayandırılmasına zərurət yaranmayacaq.
"Müsabiqə keçirilən zaman artıq dərslər başa çatmaq ərəfəsində olacaq"-deyə qeyd edən M.Mərdanov bildirib ki, hələlik orta məktəblərdə dərslərin dayandırılması məsələsinin müzakirəyə çıxarılması və bununla bağlı qərarın verilməsi gözlənilmir.
“Eurovison 2012”yə hazırlıqla əladədar dünən keçirilən mətbuat konfransında Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da “Eurovision 2012” yarışması öncəsi orta məktəblərdə dərslərin dayandırılması barədə məsələdən danışıb. Bildirib ki, əvvəllər belə bir təklif səslənsə də, bununla bağlı qərar qəbul olunmayıb. Onun sözlərinə görə, Təşkilat Komitəsinin növbəti toplantısında bu məsələyə toxunulması nəzərdə tutulur.
Orta məktəb direktorlarından bir neçəsinin dediyinə görə isə onlara artıq yuxarılardan siqnallar gəlib ki, “Eurovison 2012” müsabiqəsi öncəsi təhsiç müəssisələrinin bağlanacağı gözlənilir.
Modern.az