“Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəylinin itən qardaşı oğlu 3 gündən sonra tapılıb. Bu barədə Modern.az saytına baş redaktorun özü məlumat verib.
Qeyd edək ki, aprelin 15-də səhər saat 11.00 radələrində evdən çıxan Əliyev Məhəmmədəli Etibar oğlu geri qayıtmamışdı.
Gəncin valideynləri hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişdi.
S.Əlibəylinin sözlərinə görə, qardaşı oğlu 3 gün müddətində Bakı şəhərində olub. Sonradan özü evə qayıdıb.
Modern.az