Rəsmi Bakı İsrail xüsusi xidmət agentlərinə dəstək vermələri ilə bağlı xəbərləri təkzib edib. Modern.az bildirir ki, bu barədə The Irish Times qəzetinə müsahibəsində xarici işlər naziri Elmar Məmmədyarov bildirib. XİN rəhbərinin sözlərinə görə, bu barədə irəli sürülən bütün iddialar əsassızdır.
“Azərbaycanın İsrail agentlərinə dəstək verməsi barədə deyilənlər tamamilə yalandır”-deyən Məmmədyarov qeyd edib ki, Azərbaycan və İran bölgədə xoş münasibətli qonşuluq münasibətlərinin vacib olduğu barədə fikirləri bölüşürlər”.
Qeyd edək ki, bir sıra İran rəsmiləri bu ölkənin nüvə alimlərinin öldürülməsində Azərbaycanın İsrail xüsusi xidmət əməkdaşlarına kömək etməsi barədə iddia irəli sürüblər.
X. SƏFƏROĞLU