Modern.az

Vahid Əhmədov şikayətçiləri qəbul edib, Qubanın yeni icra başçısı ilə görüşüb

Vahid Əhmədov şikayətçiləri qəbul edib, Qubanın yeni icra başçısı ilə görüşüb

19 Aprel 2012, 11:36

Milli Məclisin  deputatı  Vahid  Əhmədov  Quba  şəhərində  yerləşən ofisində  seçiciləri  ilə  görüşərək onları  qəbul  edib. Deputatın köməkçisi Arif Orucovun Modern.az-a verdiyi məlumata görə, qəbulda    36  rayon  sakini iştirak  edib. Deputat qəbula  gələn  digər  seçki dairəsinin  ərazisində  yaşayan  sakinləri  də  qəbul  edib. Qəbul  zamanı  ən  çox  qaldırılan  məsələ  mənzil  şəraitinin yaxşılaşdırılması  və  evlə  təmin  olunma  olub.

Hər  qəbul  zamanı təkrarlanan  məsələ-sosial  yardımların  təyin  olunmasında və verilməsində  yaranan  problemlər  və  onların məmurlar  tərəfindən gec həll  olunması  olub. Hal-hazırda  rayon  sakinlərini  çox  narahat edən  məsələlərdən  biri  də  işsizlik  və  işlə  təmin olunmadı. Yaz tarla  işlərinin  başlanması  ilə  əlaqədar bir  qrup  sakin  deputatdan bağçılıq və  ziyanvericilərlə  mübarizə  üçün  rayona  gətiriləcək dərman  preparatlarının  keyfiyyətinə  nəzarətin  gücləndirilməsi  işinə aidiyyatı  qurumların  diqqətini  çəkməyi  xahiş  ediblər. Rayon  üçün bu  vacib  məsələ  deputat  tərəfindən  nəzarətə  götürülüb.

Qəbuldan  sonra  millət  vəkilinin  Quba  rayon  İcra  Hakimiyyətinin başçısı  Mübariz  Ağayevlə  görüşüb və  rayonda  aparılan  abadlıq işləri  ilə  tanış  olub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu