Modern.az xəbər verir ki, aprelin 19-da Bakıda, “Hilton Baku” otelində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa üzrə 28-ci regional konfransı işə başlayıb. Azərbaycan prezidenti İlham Əliyev konfransın açılış mərasimində iştirak edib. Daha sonra dövlət başçısı konfrans iştirakçıları ilə görüşüb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silva konfransın yüksək səviyyədə təşkilinə və açılış mərasimində iştirakına görə dövlətimizin başçısına minnətdarlığını bildirib
Qeyd edək ki, regional konfransın əsas məqsədi 2012-2013-cü illər üçün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının region üzrə iş proqramının və büdcəsinin təsdiq olunması, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrinin inkişaf etdirilməsi sahəsində 2014-2015-ci illər üzrə region üçün prioritetləri müəyyənləşdirməkdir. Konfrans çərçivəsində nazirlərin “dəyirmi masa”sında ərzaq təhlükəsizliyinə dair məsələlər də müzakirə olunacaqdır. Konfransda iştirak etmək üçün üçün Bakıya dünyanın 50-dən artıq ölkəsindən yüksək səviyyəli nümayəndə gəlib
Modern.az