Gəncənin 1 saylı Doğum evinin tibbi personalı aksiya keçirib. Modern.az-ın məlumatına görə, işçilər tələb ediblər ki, 78 il fəaliyyət göstərmiş və Respublika Gigiyena ve Epidemiologiya Mərkəzi tərəfindən 2 il bundan əvvəl bağlanmış Doğum evinin nə zaman açılacağı barədə onlara açıqlama verilsin .
Şikayətçilər onu da deyiblər ki, Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının əsaslı təmirə dayandırılaraq bir neçə şöbəsinin 1 saylı Doğum evinə müvəqqəti yerləşdirilməsini də anlaya bilmirlər. Onların sözlərinə görə, əgər adıçəkilən Doğum evi şəraitsilikdən təmirə dayandırılbsa, onda Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının şöbələri burada necə fəaliyyət göstərəcək.?
Aksiya iştirakçıları deyiblər ki, şəhərin müxtəlif tibb müəssiələrinə işləmək üçün müvəqqəti göndərilsələr də, onlar Doğum evinin tezliklə təmir olunub istifadəyə verilməsinin tələb edirlər.
Gəncənin ən böyük Doğum evi 2010-cu ilə kimi demək olar ki, şəraitsiz şəkildə fəaliyyət göstərib. Belə ki, tibb ocağının binası 1931-ci ildə istifadəyə verilib və uzun müddət baxımsızlıqdan əziyyət çəkib. Məsələyə münasibət bildirən şəhər Səhiyyə İdarəsinin müdiri Mehman Rzayev Modern.az-a bildirib ki, 1 saylı Doğum evinin tibbi personlının tələbləri tamamilə əsasızdır və Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının şöbələrinin oraya köçürülməsi şayiədən başqa bir şey deyil.
Mehman Rzayev başı bəlalı Doğum evinin əsaslı təmir məsələsinə də toxunaraq bildirib ki, səhiyyə ocağı 2012-ci il dövlət proqramına salınıb və Səhiyyə Nazirliyi nə vaxt göstəriş verərərsə, təmir işlərinə başlanacaq.
Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi onu da bildirib ki, aksiyanı keçirən həkimlərin və orta tibb işçilərinin marağı başqa şeydir, yəni ora gələn insanlara muştulq verə bilməmələridir.
Modern.az