Modern.az

QHT Şurasında layihələrə qiymət verilir

QHT Şurasında layihələrə qiymət verilir

19 Aprel 2012, 15:39

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2012-ci ildə maliyyələşdirdiyi layihələrin həyata keçirilməsinin effektivliyinin artırılması məqsədilə layihə rəhbərləri və mühasibləri üçün layihələrin idarə olunması və hesabatların təqdim edilməsi mövzularında məlumatlandırma sessiyaları keçirir.

  Aprelin 18-də insan hüquqları və demokratiya məsələlərinə dair təşəbbüslər (17 layihə), eləcə də müharibədən zərər çəkənlərin sosial problemlərinin həllinə dəstək (9 layihə) istiqamətlərində maliyyələşdirilmiş layihələrin rəhbərləri və mühasibləri məlumatlandırılıb. Tədbirdə Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov layihələrin idarə edilməsi, hesabatlılıq, keçirilən tədbirlərin effektivliyinin artırılması barədə danışıb. Bu istiqamətlər üzrə layihələrin icrasına nəzarət edən katiblik əməkdaşları Mirzağa Zahidov, Amid Mirzəyev layihələrin yerinə yetirilməsi və görülən işlər barədə təsviri və maliyyə hesabatlarının verilməsi üçün vacib olan məsələlərə toxunublar.       

Aprelin 19-da Azərbaycanın təbliği və ərazi bütövlüyünün bərpası ilə bağlı xarici ölkələrdə tədbirlərin təşkili istiqaməti üzrə maliyyələşdirilmiş 17 layihənin rəhbərləri və mühasibləri üçün analoji məlumatlandırma tədbiri keçirilib. Tədbirdə bu sahə üzrə layihələrin icrasına nəzarət edən Şura katibliyinin əməkdaşları Etibar Kərimov və Şahin Məhərrəmov çıxış edərək, layihə idarə edilməsi və hesabatların verilməsilə bağlı məsələlər haqqında danışıblar. Bu sahə üzrə yerinə yetirilən layihələr ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Gürcüstan, Fransa kimi ölkələrdə təbliğat tədbirlərinin həyata keçirilməsini, müxtəlif nəşrlərin reallaşdırılmasını, elektron resursların yaradılmasını və sair tədbirləri nəzərdə tutur.        
Şurada məlumatlandırma sessiyaları davam edir.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu