Modern.az

Milli Şura qurultayla bağlı qərar qəbul edib

Milli Şura qurultayla bağlı qərar qəbul edib

19 Aprel 2012, 17:03

Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) Məclisinin iclası keçirilib. İclasda əvvəlcə Milli Şuranın Qurultayı ilə bağlı məsələ müzakirə edilib. Məclis Şuranın sədr və sədr müavinləri, idarə heyətinə seçkilərin keçirilməsi, təşkilatın gördüyü işlərlə bağlı hesabatın təqdim edilməsi üçün növbəti Qurultayın keçirilməsinə qərar verib.

Milli Şuranın sədri, mllət vəkili Fuad Muradov bildirib ki, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının ölkəmizin möhkəmlənməsində böyük rolu olub. “Odur ki, mən bir daha demək istəyirəm ki, bu təşkilatların sədrlərinə, üzvlərinə göstərdiyi bu xidmətlərə görə yalnız təşəkkür etmək lazımdır. Çünki bu gənclər təşkilatları və onların rəhbərləri ən çətin vaxtlarda ölkəmizin inkişafı, müstəqilliyimiz, dövlətçiliyimiz  üçün əllərindən gələni əsirgəməyiblər.”

F. Muradov təşkilatların sosial durumu barədə də danışıb: “Mən bilirəm ki, bu gün bəzi təşkilatlarımızın maddi-texniki bazası zəifdir. Məhz bunu nəzərə alaraq biz cənab prezidentlə görüşəndə bu məsələləri qaldırdıq. Əlbəttə, hər zaman gənclərə qayğı ilə yanaşan prezident İlham Əliyev də çox keçmədən “Gənclər” fondu”nun yaradılmasına sərəncam verdi. Bu gün gənclərin fondu artıq mövcuddur. Mən ümidvaram ki, artıq gənclər təşkilatların sosial və maddi-texniki bazası ilə bağlı problemlər olmayacaq.”

clasda bir sıra cari məsələlər, yeni layihələr və perspektivləri ətrafında da müzakirə aparılıb.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu