Modern.az

İqbal Ağazadə ömürlük məhkumlarla bağlı təklif irəli sürdü

İqbal Ağazadə ömürlük məhkumlarla bağlı təklif irəli sürdü

20 Aprel 2012, 12:18

Modern.az-ın məlumatına görə, Milli Məclisin aprelin 20-də keçirilən iclasında cari məsələlər müzakirə olunarkən deputat İqbal Ağazadə Azərbaycandakı  ömürlük məhkumlarla bağlı təklif irəli sürüb.

Millət vəkili bildirib ki, 1998-ci ildə Milli Məclisin qərarıyla Azərbaycanda ağır cinayətlər törətmiş şəxslər barəsində güllələnmə hökmü ləğv olunub və onların cəzası ömürlük həbslə əvəzlənib.

Deputatın sözlərinə görə, məsələyə yenidən baxılmalı, həmin şəxslərə yenidən məhkəmə qurulmalıdır. İ.Ağazadə deyib ki, Milli Məclis məhkəmə orqanı olmadığınıdan məsələ gündəmə çıxarılmalıdır. O, ömürlük həbs cəzası çəkən məhkumlar arasında 80 yaşına çatanların da olduğunu deyərək, yenidən məhkəmə qurub onları azadlığa buraxmağın mümkünlüyünü vurğulayıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu