Modern.az

Fazil Mustafa Siyavuş Novruzova etiraz etdi

Fazil Mustafa Siyavuş Novruzova etiraz etdi

20 Aprel 2012, 12:36

Milli Məslisin yaz sesiyasının növbəti  plenar iclası bu gün öz işinə başlayıb. Modern.az saytı xəbər verir ki, iclasda çıxış edən millət vəkili Fazil Mustəfa deputat Siyavuş Novruzovun siyasi məhbuslarla bağlı dedikləri fikirlərlə razılaşmayıb. F.Mustəfa bildirib ki, Azərbaycan bu məsələ ilə bağlı beynəlxalq təşkilar qarşısında öhdəliklər götürüb:

“Ona görə də hesab edirəm ki, götürdüyümüz öhdəlikləri icra etməliyik”.

Deputat deyib ki, siyasi məhbusların həbsdə qalmasından istifadə edən müxalifətin hakimiyyətə qarşı çıxışı elə hakimiyyətin öz günahıdır.

”Hakimiyyət özü imkan verir ki, müxalifət ona qarşı hansısa kampaniyalar keçirsin. Onların azadlıqda qalması hakimiyyət üçün daha böyük uğur gətirə bilər, nəinki həbsdə qalması”.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu