Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkili Siyavuş Novruzov “Eurovision” müsabiqəsi ərəfəsində ölkədə sabitliyi pozmaq istəyən qüvvələrin olduğunu deyərək, onlara sərt cavab verib.
“Əli Kərimli həftə səkkiz, mən doqquz Almaniyaya mətbuatında çıxış edir. Orada Azərbaycanın əleyhinə müxtəlif fikirlər səsləndirir. Bir dəfə də olsa Qarabağdan danışmır. Artıq hər şey aydındır”-deyə S.Novruzov qeyd edib.
Deputat Azərbaycanda bəzi qüvvələrin xarici mətbuata işlədiyini bildirərək, qeyd edib ki, ölkəmizdə bağlı bir çox məlumatlar xaricə ötürülür.
“Hazırda bəzi qüvvələr xarici mətbuata işləyir, Azərbaycandan bir çox məlumatlar ötürürlər. Onlar deyirlər ki, biz bu musabiqə ərəfəsinə mitinqlərə siyayi məhbus adlandırdıqları şəxslərin adları yazılan paltarlar geyinib çıxacaqlar. Mən sual verdim ki, indiyə qədər onlar niyə Xocalıda ölənlərin, Qarabağda ölənlərin, 20 Yanvar hadisələrində ölənlərin şəkilli maykalarını geyinib ortaya çıxmayıblar. Bu onu göstərir ki, artıq bunlar hansı qüvvə tərəfindən idarə olunurlar”-deyə o vurğulayıb.
Modern.az