Modern.az

Milli Şura gəncləri sınağa çəkəcək

Milli Şura gəncləri sınağa çəkəcək

20 Aprel 2012, 15:56

Modern.az-ın məlumatına görə, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi  III Gənclər Festivalı çərçivəsində  “Bakının Birİncisi 2012” adlı “Nə? Harada? Nə Zaman?” gənclərarası intellektual yarışmasının  keçirilməsinə hazırlaşır. Layihənin baş koordinatoru Ayan Bəşirzadənin verdiyi məlumata görə, yarışma  12 May 2012-ci il tarixində keçiriləcəkdir.  İştirak üçün ərizələrin qəbuluna artıq başlanılmış və aprelin 30-na kimi davam edəcəkdir. Turnirdə iştirak üçün yaş həddi 26-dır. (1985 doğum tarixi). Ərizədə komandanın adı, iştirakçıların adı, soyadı, təvəllüdü və əlaqə telefonları qeyd olunmalıdır. Bütün ərizələr   [email protected] ünvanına göndərilməlidir.

Xatırladaq ki, “Bakının Birİncisi 2010” adlı “Nə? Harada? Nə Zəman?” gənclərarası yarışma 13 Fevralın  2010-cu ildə, “Bakının Birİncisi 2011” isə 16 Aprel 2011 ildə keçirilib. Qeyd edək ki, turnir Rusiyada, Beynəlxalq Klublar Assosiasiyasında qeydiyyata alınıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu