Modern.az

Azercell tələbələr üçün 4G xidməti təşkil edib

Azercell  tələbələr üçün 4G xidməti təşkil edib

20 Aprel 2012, 16:44

Modern.az-ın məlumatına görə, 20 aprel tarixində Xəzər Universitetində “Tərəfdaş Günü” adlandırılan maraqlı tədbir keçirilib. Universitet rəhbərliyi görüşə tərəfdaşı qismində Azercell Telekom MMC-ni dəvət edib.

Universitetin Neftçilər filialında əvvəlcəAzercell-dən gələn nümayəndə heyəti üçün tur təşkil edilib. Onlar bu nüfuzlu təhsil ocağının rektoru və rəhbər nümayəndələri ilə birlikdə universitet binası, kafedralar və laboratoriyalarla tanış olublar. Daha sonra Azercell Telekom MMC-nin prezidenti Ali Ağan tələbələr üçün “Liderlik” mövzusunda maraqlı məruzə etmiş və onları maraqlandıran suallara cavab verib.

Görüş zamanı şirkətin İnsan Qaynaqları departamentinin nümayəndəsi Azercell-də yerli kadrlar üçün inkişaf perspektivləri, xüsusilə də tələbələr üçün karyera imkanlarından ətraflı məlumat təqdim edib.

Görüşdə həmçinin, Azercellin hər il elan etdiyi Tələbə Təqaüd proqramı, təcrübə imkanları, karyera günləri haqqında təqdimat da keçirildi. Tədbirin sonunda Azercell nümayəndələri tələblərlə sual-cavab sessiyasında iştirak etdilər.

Məhz Azercell şirkətinin dəstəyi ilə ötən il Xəzər Universitetindətələbələr üçün “E-learning” otağı yaradılıb. 26 kompüterlə təchiz edilən bu otaq müasir proqram təminatı təchiz edilib. Hazırda burada İqtisadiyyat və Menecment fakültəsinin dərsləri keçirilir. Ötən il Azercell-in dəstəyi ilə,həmçinin,Qafqaz Universiteti və Naxçıvan Dövlət Universitetində respublikada və bölgədə ilk dəfə olaraq 4G sınaq imkanları yaradılıb. Bundan əlavə, şirkətin Barama layihəsi də bacarıqlı gənclərin öz ideyalarını reallaşdırmasına imkan verən geniş bir məkana çevrilib.

Təhsilin inkişafı, peşəkar, savadlı kadrların yetişməsinə böyük əhəmiyyət verən Azercell Telekom MMC qeyri-kommersiya xarakterli, ictimai əhəmiyyətli, layihələr həyata keçirməklə Azərbaycanda akademik potensialın inkişafına nail olmağa dəstək olur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu