Modern.az

“TQDK-ya yeni səlahiyyət verilməsi kiminsə səlahiyyətlərinin alınması demək deyil”

“TQDK-ya yeni səlahiyyət verilməsi kiminsə səlahiyyətlərinin alınması demək deyil”

20 Aprel 2012, 19:54

Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov ölkə prezidentinin fərmanı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına əlavə səlahiyyətlər verilməsi məsələsinə münasibət bildirib. Deputat ortsa məktəblərdəki attestat imtahanlarının TQDK-ya verilməsini müsbət qiymətləndirərək gələcək perspektivləri qeyd edib:

“Əlbəttə, bu çoxdan gözlənilən qərar idi. Bəlkə də bir az gecikmiş fərman idi. Mahiyyət nədən ibarətdir? Gənclər, şagirdlər orta məktəbdən məzun olarkən iki sınaqdan keçirilirlər. Birinci, orta məktəbin buraxılış imtahanı sınağından, ikici isə ali məktəbə qəbul olarkən test imtahanından keçirlər. Uzun illərdir ki, bu vahid yanaşma metedeologiyası bir müstəviyə gəlmirdi. Şagirdlərdə stress yaranırdı. Qısa müddətdə şagirdlər bilmirdilər, orta məktəb imtahanlarına hazırlaşsınlar, yoxsa ali mətkəbə. Şagirdlərimiz belə bir çətinliklə üzləşirdilər. Nəhayət ki, prezidentin fərmanı  bu iki yanaşma vahid müstəviyə gətirildi. Hər iki imtahan vahid tələblər çərçivəsində həyata keçiriləcək”.

Millət vəkili hesab edir ki, yeni təhsil metodologiyası şagirdlər arasında əzbərçiliyə son qoyacaq. Rektorun sözlərinə görə, prezidentin müvafiq sərəncamı gənclərin əsl vətəndaş kimi yetişməsinə geniş zəmin yaradacaq.

“Hesab edirəm ki, yeni metod şagirdlərin cəmiyyətdə intellektual bir ziyalı olmasına zəmin yaradacaq. Yəni, şagirdlərimiz əzbərçiliyə yol verməsinlər, bütün fənlərə eyni münasibətdə olsunlar. Idrak, təfəkkür o insanda formalaşır ki, gərək həmin insan bütün fənləri sevsin. Düşünürəm ki, cənab prezidentin bu fərmanı həmin vətəndaşların əsil vətəndaş olmasına və böyük elmi məktəblərin yaranmasına kömək edə biləcək”-deyə A.Məhərrəmov vurğulayıb.

Deputat həmçinin onu da əlavə edib ki, prezidentin fərmanı ilə TQDK-ya əlavə səlahiyyətlərin verilməsi kiminsə səlahiyyətlərini almaq demək deyil.
”Atılan addım Azərbaycan təhsili üçün uğurlu olacaq. Əminəm ki, bu qərar öz bəhrəsini verəcək”.

A.Məhərrəmov ali məktəbə qəbul imtahanlarının TQDK ilə Təhsil Nazirliyi tərəfindən birgə keçirilməsi məsələsinə toxunaraq bildirib ki, yəqin ki, gələcəkdə bu istiqamətdə islahatlar aparılacaq.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu