Modern.az

Deputat TQDK ilə Təhsil Nazirliyinin birləşməsi məsələsindən danışıb

Deputat TQDK ilə Təhsil Nazirliyinin birləşməsi məsələsindən danışıb

20 Aprel 2012, 20:24

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev Tələbə Qəbulu üzrə Dövlət Komitəsi (TQDK) ilə Təhsil Nazirliyinin bir strukturda birləşməsi yönündə səslənən fikirlərə münasibət bildirib.

“Son zamanlar cəmiyyətdə belə fikirlər formalaşır. Amma bu düzgün mövqe deyil. Hər qurumun öz fəaliyyət istiqaməti var. Ortada sifarişçi və sifarişi yerinə yetirən qurum var. TQDK ixtisaslaşmış bir qurumdur. Dövlətin bu sahədəki sifarişini yerinə yetirir”.

B.Əliyevin sözlərinə görə, bu məsələdə TQDK ilə Təhsil Nazirliyinin ortaq mövqeyi Azərbaycan təhsilinin inkişafına yönəlib. Deputat təhsil sahəsində atılan son addımların öz bəhrəsini verəcəyini vurğulayıb.

Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu