Modern.az

Bakı Baş Polis İdarəsi: "İctimai Palatanın mitinqində 1200 nəfər iştirak edib"

Bakı Baş Polis İdarəsi: "İctimai Palatanın mitinqində 1200 nəfər iştirak edib"

22 Aprel 2012, 19:21

Bakı şəhər Baş Polis İdarəsi İctimai Palatanın aprelin 22-də keçirdiyi aksiya ilə bağlı məlumat yayıb. Rəsmi məlumatda bildirilir ki, aprelin 22-də özünü «İctimai Palata» adlandıran qurum Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib. Saat 16:00-dan 18.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, AXP, ADP, VHP, eləcə də bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 (min iki yüz) nəfərə qədər olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu