Modern.az

DAK-ın qurultayı keçirilir- FOTOLAR

DAK-ın qurultayı keçirilir- FOTOLAR

22 Aprel 2012, 20:12

Aprelin 22-də Ukraynanın Donetsk şəhərində “Victoria Hotel Center”də Dünya Azərbaycanlıları Konqresinin (DAK) sayca XII qurultayı öz işinə başlayıb.

Modern.az-ın diasporxeber.az saytına istinadən verdiyi məlumata görə, qurultaya dünyanın 30-dan artıq ölkəsindən 150 nümayəndə seçilib. Qurultayda Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlı və ilk dəfə olaraq Kərkük Türkmənlərinin İran Parlamentindəki üzvü Əkrəm Fövzü, Türkiyə Böyük Millət Məclisinin üzvü Atilla Kaya qonaq qismində iştirak edirlər.
Qurultayın birinci hissəsində dünyanın müxtəlif yerlərindən gələn təbriklər oxunub və qonaqlar çıxış ediblər. Daha sonra DAK həmsədrləri Sabir Rüstəmxanlının, Firudin Pərviznianın və DAK Nəzarət Təftiş Komisiyyasının hesabatları dinlənilib.

DAK rəhbərliyinə seçkilər qurultayın ikinci hissəsində keçiriləcək. Qurultay işi bu gün axşama qədər davam edəcək.

 



Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu