Modern.az

Elmar Vəliyev Gəncəyə qardaş tapmaq üçün Çexiyaya gedir

Elmar Vəliyev Gəncəyə qardaş tapmaq üçün Çexiyaya gedir

22 Aprel 2012, 21:07

Cexiyanın Olomouts vilayətinin qanunverici orqanı Rada Azərbaycanın Gəncə şəhəriylə Olomouts şəhəri arasında əməkdaşlıq haqda protokolu qəbul edərək təsdiqləyib.
Bundan sonraki mərhələdə iki şəhər arasinda “Qardaşlaşmış şəhərlər elan olunması barədə” saziş imzalanacaq. Bu məqsədlə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 26-da Cexiyanın Olomouts şəhərinə işgüzar səfərə gedəcək. Bu barədə məlumatı Modern.az-a Olomouts şəhərindəki Azərbaycan icmasının rəhbəri Ələkbər İlyasov verib.

Səfər çərçivəsində Elmar Vəliyev Olomouts qubernatoru Martin Novotny ilə görüşəcək və əməkdaşlıq imkanlarını müzakirə edəcək. Tərəflər gələcəkdə iqtisadiyyat, təhsil və turizm sahələrində əməkdaşlıq perspektivlərini müzakirə edəcək. Elmar Vəliyevin səfərindən sonra Olomouts qubernatoru Martin Novotnyin da Gəncəyə gələcək.

Olomouts Cexiyanin ərazisinə görə 5-ci vilayətidir. Vilayətin əhalisinin sayı 100 min nəfərdir. Gəncə və Olomouts rəhbərliyi arasinda ilk tanişlıq görüşu 2009-cu ilin aprelində olmuşdu. O zaman Olomouts icra hakimiyyəti rəhbərinin muavini Hana Tesarova Ələkər İlyasovun dəvəti ilə Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Gəncəyə səfər etmişdi.

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu