Modern.az

Bakı Təl-Əvivdən Libermanın səfərinin qapalı saxlanmasını xahiş edibmiş

Bakı Təl-Əvivdən Libermanın səfərinin qapalı saxlanmasını xahiş edibmiş

23 Aprel 2012, 10:55

Prezidentin qəbulundan sonra İsrailin xarici işlər naziri Kəmaləddin Heydərovla görüşəcək 

İsrailin xarici işlər naziri Aviqdor Liberman Azərbaycana səfərə gəlib.  Modern.az İzRus portalına istinadən bildirir ki,  onun səfər tarixi  son günə qədər qapalı saxlanılıb. Səfərin qapalı saxlanmasını Azərbaycan tərəfi Təl-Əvivdən xahiş edib. İsrail XİN-in yaydığı məlumata görə, Liberman prezident İlham Əliyevlə, baş nazirin birinci müavini Yaqub Eyyubovla, XİN rəhbəri Elmar Məmmədyarovla və FHN naziri Kəmaləddin Heydərovla görüşəcək. 
İsrail xarici siyasət idarəsinin rəhbəri keçirəcəyi rəsmi görüşlərdə ikitərəfli münasibətləri müzakirə edəcək. O həmçinin  Azərbaycan Dillər Universitetində İsrail Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimində iştirak edəcək, Azərbaycanın yəhudi icmasının üzvləri ilə görüşəcək. Səfər Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunub. Liberman Bakıdan İsveçrəyə gedəcək.
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu