Modern.az

Azərbaycanda müəlliflik hüququ və piratçılıq…

Azərbaycanda müəlliflik hüququ və piratçılıq…

23 Aprel 2012, 15:38

Müəllif Hüquqları Agentliyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 23 aprel- Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş “Yaradıcılıqdan kitaba, müəlifdən-müəlliflik hüququna” mövzüsünda  beynəlxalq konfrans keçirilib.

Modern.az saytı xəbər verir ki, konfransda Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib ki, 23 aprel-Ümumdünya Kitab və Müəlliflik hüququ Günü YUNESKO Baş Assambleyasının 15 noyabr 1995-ci ildə keçirilən 28-ci sessiyasının qərarı ilə elan edilib. 1996-cı ildən başlayaraq hər il Azərbaycanda da Ümumdünya Kitab və Müəlliflik hüququ Günü qeyd edilir. YUNESKO 2012-ci ildə Ümumdünya Kitab və Müəlliflik hüququ Gününün kitab və tərcüməyə həsr olunmasını tövsiyə edib. K. İmanov bildirib ki, əvvəlki illərlə müqayisədə müəllif hüquqlarının qorunması və təminatı xeyli gücləndirilib. Azərbaycanda müəllif-hüquq sisteminin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.
Agentliyin nəzdində “Qaynar xətt” açılıb, il ərzində ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası” yaradılıb.  2011-ci ildə Agentliyin “Qaynar xətt”inə 700-dən çox müraciət daxil olub. 908 nəfər müəllif (hüquq sahibi), əsər istifadəçiləri olan hüquqi və fiziki şəxs qəbul edilib. K.İmanov onu da qeyd edib  ki, Azərbaycanda 2005-ci illə müqayisədə ötən il piratçılığın səviyyəsi kitab nəşri sahəsində və audio-video məhsul bazarında 20 faiz, proqram təminatında 8 faiz aşağı düşüb.  

Daha sonar çıxış edən mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev isə bildirib ki,  müəlliflik hüquqları ilə bağlı Azərbaycana qarşı yönəlmiş iddiaların qarşısının alınması, ölkədə müəlliflik hüquqlarının qorunması baxımından bu tədbirin çox böyük əhəmiyyəti var.  

Mail Ağaxanov
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu