Modern.az

Nazirlik 6 aptekin fəaliyyətini dayandırıb

Nazirlik 6 aptekin fəaliyyətini dayandırıb

23 Aprel 2012, 16:28

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən 2012-ci ilin I rübü ərzində respublika ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində geniş reydlər aparılıb.

Ümumilikdə, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınan müvafiq çıxarışlara əsasən 95 aptekdə reyd keçirilib.Aparılan yoxlamalar zamanı xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyətilə məşğul olan 6 aptek aşkarlanaraq fəaliyyətləri dayandırılıb

 Həmçinin keçirilən reydlər nəticəsində yararlıq haqqında analiz protokolu olmayan 299 seriya 1428 qutu (bunlardan 956 qutu qeydiyyatsız dərman vasitələri), istifadə müddəti bitmiş 22 qutu dərman preparatları aşkar olunaraq müsadirə edilib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu