2012-ci ilin mart ayında Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin monitorinq qrupu tərəfindən Bakı şəhərinin müxtəlif rayonları üzrə inşaat materialları bazarının əsas çəkisini təşkil edən 38 adda 88 növdə tikinti materialının növbəti araşdırılması aparılıb. Mövsümi amillər və daşınmaz əmlak bazarında baş verən dəyişikliklər mart ayı ərzində tikinti materialları bazarındakı həm aktivlik, həm də qiymət dinamikasına təsirsiz ötüşməyib. Mart ayı seqment üzrə canlanmanın müşahidə edilməsi ilə yanaşı, bəzi tikinti materiallarında kəskin qiymət artımları ilə də yadda qalıb. Ötən ilin oktyabr ayından davam edən qiymət azalması tendensiyası məhz mart ayında artımla əvəz olunub.
Qiymət artımı əsasən qeyri-filiz mədən materiallarında – daş, kərpic, qum, çınqıl, otsep, həmçinin armaturda baş verib ki, sahibkarlar yerli istehsal bazarındakı bu artımı tikinti mövsümün başlaması, paytaxtın müxtəlif ərazilərində gedən söküntü və köçürülmə işləri ilə əlaqələndiriblər. Araşdırılan məhsullar üzrə qiymət azalmaları isə əsasən idxal edilən dəmir məhsullarında müşahidə edilib.
Ötən ay 1 kubu 425 manata olan Rusiya istehsallı taxtanın qiyməti də mart ayında 440 manat həddinə çatıb. Sahibkarlar bunu yerli bazarda olan tələbatlarla əlaqədar olduğunu bildiriblər.
Beləliklə, mart ayında qiymət artımı müşahidə edilən tikinti materiallarının siyahısı aşağıdakı formada qeydə alınıb:
Mişar daşı | +17,4 | Armatur | +0,4 |
Kərpic | +5,1 | Künyə | +4,2 |
Qum | +12,8 | Şifer | +0,9 |
Çınqıl | +33,3 | Laminat-parket | +4,1 |
Otsep | +25.0 | Taxta | +6,7 |
Əhəmiyyətli azalma qeyd edilən tikinti materialları isə aşağıdakı cədvələ uyğun olub:
Dikt | -0,9 | Şveller | -1,1 |
DVP | -1,3 | Dəmir təbəqə | -2,6 |
Sink təbəqə | -2,9 |
|
|
Digər tikinti məhsullarının qiymətlərində cüzi dəyişmələr baş verib.
2012-ci ilin mart ayında müşahidə edilən qiymət fərqi ötən ayla müqayisədə 1,1% artım təşkil edib. 2011-ci ilin müvafiq dövrünə nisbətdə bu fərq 1,9%, 2012-ci ilin əvvəli ilə müqayisədə isə 0,1% artımla müşahidə olunub.
Аrаşdırılаn məhsullаr üzrə rеspublikаmızdа istеhsаl оlunаn mаllаrın ümumi qiymət portfelində bazar pаyı 52,9% təşkil еdib ki, bu göstərici idxal məhsullarını 1,12% üstələyir.
Modern.az