Bu gün Ukrayna Azərbaycanlı Gənclər Birliyinin yaranmasının iki illiyi və eləcə də Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin həmrəylik günü qeyd olunur. Bunu Modern.az-a Ukrayna Azərbaycan Gənclər Birliyinin həmtəsisçisi və baş katibi Ayaz Salmanov deyib. O, tədbirin Ukrayna və Azərbaycan tərəfindən rəsmi nümayəndələrin və eləcə də bir sıra tanınmış musiqiçilərin iştirakı ilə Kiyevin ən məşhur konsert zallarından biri olan “CRYSTAL HALL”-da keçirildiyini bildirib.
Tədbirdə Azərbaycan Respublikasının Ukraynadakı səfiri Eynulla Mədətli, Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, xaricdə təhsil alan və məzun olmuş Azərbaycanlı Gənclər Forumunun(ASAİF) rəhbəri Orxan Əkbərov, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Ruslan Quliyev, Ukrayna Azərbaycanlıları Konqresinin nümayəndələri, Ukrayna Ali Radasının deputatları, Ukrayna KİV-lərinin təmsilçiləri,