Modern.az

Əbülfəs Qarayev Müsavatın qurultayına yer vermədi

Əbülfəs Qarayev Müsavatın qurultayına yer vermədi

24 Aprel 2012, 16:30

Mədəniyyət və Turizm Nazirliyi Müsavat Partiyasının qurultayla bağlı  rəsmi məktubuna cavab verib. Bu barədə Müsavat başqanının müavini Gülağa Aslanlı Modern.az-a açıqlamasında bildirib. Deyib ki, nazirlik Opera və Balet Teatrının partiyanın sərəncamına verilməsindən imtina edədək, bu barədə Müsavata məktub göndərib.

Bildirilib ki, iki həftə öncə partiya başqanı İsa Qəmbərin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə ünvanladığı müvafiq müraciətə cavab almaq üçün bu gün nazirliyə gedib, orada ona imtina məktubu təqdim edilib.

Xatırladaq ki, Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətindən sonra qurultay keçirmək üçün  bir müddət öncə Mədəniyyət və Turizm Nazirliyinə rəsmi müraciət edib.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu