Modern.az

Müdafiə Nazirliyi NATO ilə yeni işbirliyinə başlayıb

Müdafiə Nazirliyi NATO ilə yeni işbirliyinə başlayıb

24 Aprel 2012, 17:26

Müdafiə Nazirliyinin NATO ilə 2012-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə əməkdaşlıq proqramına əsasən cari ilin 24-27 aprel tarixlərində nazirliyin mutəxəssisləri ilə NATO Maddi-Texniki Təminat (MTT) üzrə ekspert qrupu arasında işçi görüşü keçirilib. Bu barədə Modern.az-a nazirliyin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, görüşün əsas məqsədi Azərbaycan Respublikası və NATO arasında Fərdi Tərəfdaşlıq üzrə əməliyyat Planında (IPAP) MTT üzrə qəbul edilən Tərəfdaşlıq məqsədlərinin səmərəli həyata keçirilməsinə yardım etməkdən ibarətdir. Tədbir zamanı MTT üzrə prosedurlar, əzəri və praktiki aspektlər, MTT əməkdaşlıq sahəsi çərçivəsində hərbi təhsil və təlim, əldə edilmiş təcrübələrin qarşılıqlı öyrənilməsi kimi məsələlər üzrə təcrübə mübadiləsi aparılır.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu