Bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Partiyadan Modern.az-a bildirilib ki, toplantıda öncə MMP-nin işğal olunmuş rayonlardan olan təşkilat sədrləri, Ağsaqqallar Şurası və Gənclər Təşkilatından İdarə Heyətinə daxil olan müraciətlər müzakirəyə çıxarılıb. Sonra əşkilatı məsələyə baxılıb. 31 mart 1957-ci ildə Bakı şəhərində anadan olmuş, ali təhsilli hüquqşünas, MMP Qaradağ rayon təşkilatının sədri Fazil Yusifov siyasi məsələlər üzrə sədr müavini vəzifəsinə tıyin edilib. Həmçinin İdarə Heyəti qərar verib ki,bu ilin may ayının 10-da Siyasi Şuranın növbəti toplantısı keçirilsin.