Modern.az

Mirmahmud Mirəlioğlu: “Səfirlər İctimai Palayata təşəkkür etməyə getmişdilər”

Mirmahmud Mirəlioğlu: “Səfirlər İctimai Palayata təşəkkür etməyə getmişdilər”

Təhsil

25 Aprel 2012, 12:02

Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun və bir sıra beynəlxalq təşkilatların təmsilçilərinin aprelin 24-də İctimai Palatanın (İP) rəhbərliyi ilə görüşünə münasibət birmənalı deyil. Diplomatların artıq 4-cü dəfədir müxalifət olaraq məhz İP-də təmsil olunan partiyalarla görüşməsi digər müxalifət partiyalarında xoş qarşılanmayıb. 

Modern.az diplomatik korpus təmsilçilərinin İP-lə görüşünə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun münasibətini öyrənib.  İP haqqında fikir bildirmək niyyətində olmadığını deyən KXCP sədri əcnəbi diplomatların müxalifətçilərlə görüşə hansı missiya ilə getdiyini belə izah edib: “Qarşıdan “Eurovision” müsabiqəsi gəlir. Bunun üçün də ölkədə ictimai-siyasi sabitlik olmalıdır. Keçirilən son mitinqlər də ölkədə demokratik haqların necə bərqərar olduğunu göstərmək üçün bir fürsət oldu. Bu baxımdan, yəqin ki, həmin səfirlər İctimai Palataya təşəkkür etməyə getmişdilər”.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu