Modern.az

Standartlaşdırma Komitəsində yeni ştatlar yaradılıb

Standartlaşdırma Komitəsində yeni ştatlar yaradılıb

25 Aprel 2012, 12:10

Standartlaşdırma Metrologiya və Patent üzrə dövlət Komitəsində  işçilərin ixtisarı ilə bağlı məlumat yayılıb. Məlumatlara görə, hətta işçilərin işdən azad olunması üçün ərizələrə də qol çəkdirilib.  

Standartlaşdırma Metrologiya və Patent üzrə dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı yayılan məlumatı təkzib edir.  Onun sözlərinə görə, məlumat həqiqətə uyğun deyil:

“Əksinə Komitəsində yeni ştatlar yaradılıb. “Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsilə bağlı tədbirlər haqqında” Prezidentin 4 aprel 2012-ci il tarixli fərmanı var.  Fərmana əsasən, komitə yanında 3 böyük dövlət idarəsi yaradılıb. Bunlar komitə yanında Texniki Tənzimləmə Standartlaşma üzrə Dövlət Nəzarət Xidməti, Dövlət Metrologiya Xidməti və komitə yanında Dövlət Akreditasiya Xidmətidir. Hər 3 xidmətin əsasnaməsi, strukturu təyin edilib. Həmçinin komitənin işçilərinin say vahidləri ştat vahidləri ilə prezidentin fərmanında öz əksini tapıb. Hazırda komitənin fəaliyyətinin təkminləşdirilməsi ilə bağlı prezident fərmanının icrası ilə bağlı işlər görülür. Struktur təkminləşdirmə işləri həyata keçirilir. Komitənin fəaliyyəti beynəlxalq tələblərə, təcrübəyə uyğunlaşdırılır. Fərmana əsasən, komitə daxilində böyük idarələr yaradılır. Buna müvafiq olaraq yeni ştatlar yaradılıb. Ona görə də ixtisarlar yox, yeni vakansiyalar yaranır”.  

Gültəkin Ələsgər         
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu