Modern.az

Samuxun yeni icra başçısı Alı Qocayev nöqsanlardan danışıb

Samuxun yeni icra başçısı Alı Qocayev nöqsanlardan danışıb

25 Aprel 2012, 16:33

Samux Rayon İcra Hakimiyyətinin yeni başçısı Alı Qocayev rayonun 2012-ci ilin birinci rübünün müzakirə edib.
Modern.az-ın məlumatına görə, hesabat yığıncağında ötən üç ayda iqtisadi, sosial sahələrdə görülən işlərlə yanaşı, nöqsanlara da toxunulub. Bildirilib ki, rayonda elektrik enerjisi verilişində problemlər var. Qazlaşdırma işi lazımi səviyyədə deyil. Həmçinin rayonun bəzi məktəblərinin əsaslı təmirinə ehtiyacı olduğu vurğulanıb. Kücələrin gecə işıqlandırılmasında da sürətli işlərin başlanacağı  yığıncaq iştirakçılarının diqqətinə çatdırılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu