Modern.az

ARDNŞ-nin Sulutəpə hadisələrini araşdıran komissiyası rəy hazırlayır

ARDNŞ-nin Sulutəpə hadisələrini araşdıran komissiyası rəy hazırlayır

Təhsil

25 Aprel 2012, 16:44

“Sulutəpə qəsəbəsində qanunsuz evlərin sökünütüsü zamanı yaranan insidentlə bağlı yaradılan komissiyanın apardığı araşdırmalar davam edir”.  

Dövlət Neft Şirkətinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, komissiya apardığı araşdırmalar nəticəsində hazırlayacağı rəyi yaxın günlərdə açıqlayacaq.
“Sulutəpə qəsəbəsində baş vermiş insidentlə bağlı komissiyanın işi yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda ictimaiyyətə geniş məlumat veriləcək”.  

Qeyd edək ki, aprelin 18-də Sulutəpədə aparılan söküntü əməliyyatı ciddi problemlərlə müşayiət olunub. İki jurnalist-“Ayna-Zerkalo” və “Yeni Müsavat” qəzetinin əməkdaşları İdrak Abbasov və Günay Musayeva zorakılığa məruz qalıblar. Baş vermiş insidentin araşdırılması üçün ARDNŞ prezidenti Rövnəq Abdullayevin göstərişi ilə Mikayıl İsmayılovun başçılığı altında komissiya yaradılıb.  

Aytən ƏLİYEVA
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu