Modern.az

Mehriban Əliyeva "İlin birinci xanımı" seçildi

Mehriban Əliyeva "İlin birinci xanımı" seçildi

Təhsil

27 Aprel 2012, 18:15

Türkiyənin məşhur "Ekovitrin" jurnalının keçirdiyi illik sorğu zamanı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci ilin yekunları üzrə "İlin birinci xanımı" nominasiyasında qalib olub.

Bildirilib ki, səsvermə iki ay ərzində 102 namizəd arasında 34 nominasiya üzrə keçirilib. Münsiflər heyəti hər bir nominasiyada üç namizədi müəyyənləşdirib. Sonra seçilən namizədlərə jurnalın oxucuları səs veriblər.

Səsvermədə ümumilikdə 250 mindən artıq respondent iştirak edib. Qaliblərə iyunda keçirləcək təntənəli mərasimdə "Fəxri mükafat" təqdim ediləcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu