Modern.az

“Türkün sazı” ilə “Eurovision-2012”yə dəstək veriləcək

“Türkün sazı” ilə “Eurovision-2012”yə dəstək veriləcək

Təhsil

28 Aprel 2012, 10:16

Aprelin 27-də “Elit “ Ticarət Mərkəzinin “QUEEN “ Əyləncə kompleksində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB  ) Gənclər mərkəzi “Eurovision–2012”  İşçi Qrupunun dəstəyi ilə hazırladığı “Gənclər Musiqini Sevir “ adlı əyləncəli və musiqili proqramı keçirilib. Tədbirdə gənc müğənillər və aşıqlar da iştirak edib.

TUMİB–in sədri Çingiz Bayramov tədbirin məqsədi barədə danışıb: “Tədbirimizin məqsədi may ayında Azərbaycanda  keçiriləcək mahnı müsabiqəsinə bir dəstək xarakteri daşıyır”.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dossenti, sənətşünaslıq üzrə  fəlsəfə doktoru Fəzail Miskin tədbirlə bağlı öz fikirlərini bölüşüb: “Bu gün keçiilən tədbir may ayında olacaq “Eurovision 2012” yarışmasını qarşılamağa bir hazırlıqdı. Azərbaycan gəncliyi çox istedadlı və iddialıdr. Bunun da bariz nümunəsi Eldar və Nigarın qələbəsi oldu. “Eurovision 2012” ilə bağlı silsilə tədirlərimiz may ayının sonuna  qədər davam edəcək. “Eurovision”la bağlı may ayının 23–də Heydər Əliyev adına Sarayda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə “Türkün sazı” adlanan bir konsert proqramı da olacaq”.
Tədbirdə “Eurovision-2012”nin milli seçim turlarının iştirakçıları da çıxış ediblər.

Könül Səid   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu