Modern.az

Musavat üçün qurultay keçirməyə yer tapmaq müşkülə dönüb

Musavat üçün qurultay keçirməyə  yer tapmaq müşkülə dönüb

Təhsil

28 Aprel 2012, 11:16

Müsavat Partiyasınn başqan müavini Gülağa Aslanlı son zamanlar qurultayla bağlı üzləşdikləri problemlər haqda Modern.az-a danışıb. G.Aslanlı bildirib ki, Müsavat Partiyası qurultaya yer ayrılması üçün müraciət etdiyi dövlət qurumlarından imtina məktubu alsa da, yaxın günlərdə öz qərarını verəcək.

“Qurultayla bağlı yekun qərar partiyanın Divanında veriləcək. Biz Mədəniyyət və Turizm Nazirliyinin göndərdiyi imtina məktubunu və bundan sonrakı prosesləri həftənin bazar ertəsi partiya Divanında müzakirə edəcəyik. Bundan sonra Divanda son qərar veriləcək. Ola bilsin ki, müzakirələrdə alternativ yer təklif olunsun”-deyə qeyd edən G.Aslanlı Opera və Balet Teatrından sonra hansı məkanın təklif olunacağını bilmədiyini söyləyib.

Qeyd edək ki, Müsavat Partiyası qurultayın Opera və Balet Teatrında keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətindən sonra Mədəniyyət və Turizm Nazirliyinə müraciət etsə də, müsbət cavab ala bilməyib. Hələ də partiyanın qurultayla bağlı yer problemi öz həllini tapmayıb.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu